MƏSİHİ HƏYATI
Hər çətinliyin bir sonu var
Sınaqlar, xüsusən də uzun çəkən sınaqlar insanı asanlıqla ruhdan sala bilər. Davud bilirdi ki, Talut padşahın zülmü əvvəl-axır bitəcək və gün gələcək o, Yehovanın vəd etdiyi kimi padşah olacaq (1İş 16:13). Davud imanı sayəsində səbirlə Yehovanı gözləyirdi.
Çətinliklə üzləşəndə biz ağlımızı, biliyimizi, düşüncəmizi işə salıb, vəziyyətimizi dəyişə bilərik (1İş 21:12—14). Ancaq bəzən Müqəddəs Kitab prinsiplərinə uyğun olaraq əlimizdən gələni edəndən sonra da çətinliklər aradan qalxmır. Belə vəziyyətlərdə biz səbir edib, Yehovanı gözləməliyik. Tezliklə O, bütün əzablarımıza son qoyacaq və göz yaşlarımızı siləcək (Vh 21:4). Fərqi yoxdur, istər Yehovanın əli ilə olsun, istərsə də başqa yolla bir şey mütləqdir: hər çətinliyin bir sonu var. Bunu bilmək ürəyimizə su səpir.
«PARÇALANMIŞ DÜNYADA BİRLİK İÇİNDƏ YAŞAYAN İNSANLAR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Birləşmiş Ştatların cənubunda yaşayan bəzi məsihilər hansı çətinliklərlə üzləşmişdilər?
-
Onlar necə səbir və məhəbbət göstərmişdilər?
-
Onlar diqqətlərini daha vacib şeylərə necə cəmləmişdilər? (Fp 1:10).