SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN
Şagirdə natəmiz vərdişləri tərgitməyə kömək edin
Yalnız əxlaqı təmiz olan kəslər Yehova ilə yaxın münasibət qura bilər (1Bt 1:14—16). Şagird pis vərdişlərini tərgidəndə həm ailədə, həm səhhətində, həm də maddi cəhətdən bunun xeyrini görür.
Yehovanın əxlaqla bağlı verdiyi qayda-qanunları, onlara əməl etməyin vacibliyini və xeyrini şagirdə izah edin. Şagirdə düşüncə tərzini dəyişməyə kömək edin, bu zaman o, Yehovanın istədiyi kimi davrana biləcək (Ef 4:22—24). Onu əmin edin ki, Yehovanın köməyi ilə hətta dərin kök salmış pis vərdişdən də yaxa qurtara bilər (Fp 4:13). Başa salın ki, günaha meyil etdiyini hiss edəndə yalvarıb Yehovadan kömək istəsin. Günaha sövq edən vəziyyətləri sezməyə və belə vəziyyətlərdən uzaq durmağa ona kömək edin. Həmçinin pis vərdişləri tərgitmək üçün faydalı işlərlə məşğul olmağa təşviq edin. Şagirdin Yehovanın köməyi ilə pis vərdişləri tərgitdiyini görmək bizə böyük sevinc bəxş edir.
«ŞAGİRDƏ KÖMƏK EDİN. NATƏMİZ VƏRDİŞLƏRİ TƏRGİTMƏYƏ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Ağsaqqallar və Nita Ceydə inandıqlarını necə göstərdilər?
-
Nita Ceydə daha necə kömək etdi?
-
Ceyd Yehovadan necə kömək dilədi?