Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Sosial şəbəkələrdə dostlarınız kimdir?

Sosial şəbəkələrdə dostlarınız kimdir?

Dost deyiləndə bir-birini sevən, bir-birinə hörmət edən insanlar nəzərdə tutulur. Məsələn, Davud Calutu öldürəndən sonra Yonatanla Davud arasında sarsılmaz dostluq yarandı (1İş 18:1). Onların ikisinin də gözəl xüsusiyyətləri var idi və bu xüsusiyyətlər onları bir-birinə sevdirdi. Deməli, möhkəm dostluq dəqiq biliyə əsaslanır. Başqa insanı tanımaq üçün vaxt və güc tələb olunur. Ancaq sosial şəbəkələrdə cəmi bir düyməni basmaqla insanlar dostlaşırlar. Sosial şəbəkələrdə insanlar nə deyəcəklərini qabaqcadan götür-qoy edirlər, başqalarının onlara qarşı münasibətinə müəyyən dərəcədə təsir edə bilirlər. Bunun sayəsində onlar əslində kim olduqlarını asanlıqla gizlədə bilirlər. Buna görə də sosial şəbəkələrdə kimləri dost kimi qəbul edəcəyinizi hərtərəfli götür-qoy etmək yaxşı olardı. Tanımadığınız insanlardan gələn dostluq təkliflərini rədd etməyə çəkinməyin, düşünməyin ki, birdən onların qəlbinə dəyərsiniz. Kimlərsə bu təhlükələri nəzərə alaraq ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmirlər. Əgər siz sosial şəbəkələrdən istifadə etmək qərarına gəlmisinizsə, onda nələri yadda saxlamalısınız?

«SOSİAL ŞƏBƏKƏLƏRDƏN İSTİFADƏ EDƏRKƏN EHTİYATLI OL» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Şərhlər yazmazdan və şəkillər paylaşmazdan əvvəl nələri nəzərə almalısınız?

  • Sosial şəbəkələrdə dostlarınızı nəyə görə ehtiyatla seçməlisiniz?

  • Nəyə görə sosial şəbəkələrdə keçirdiyiniz vaxta məhdudiyyət qoymalısınız? (Ef 5:15, 16).