MƏSİHİ HƏYATI
Yehovaya güvəndiyimizi göstərən qərarlar
Hər gün çoxlu qərarlar veririk. Bu dünyada insanlar ya hisslərə qapılıb qərar verirlər, ya da ətrafdakılara baxıb hərəkət edirlər (Çx 23:2; Ms 28:26). Ancaq Yehovaya etibar edənlər həmişə Onu düşünürlər, yəni Müqəddəs Kitab prinsiplərinə uyğun qərar verirlər (Ms 3:5, 6).
Aşağıdakı ayələr sizə hansı vəziyyətlərdə düzgün qərar verməyə kömək edə bilər? Hər ayəyə aid bir vəziyyət yazın.
«İMANSIZ İNSANLARDAN YOX, İMANLILARDAN NÜMUNƏ GÖTÜRÜN. FİRONDAN YOX, MUSADAN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:
Müqəddəs Kitab personajının nümunəsi qardaşa düzgün qərar verməyə necə kömək etdi?