MƏSİHİ HƏYATI
Fəlakətdən zərərçəkənlərə necə kömək edə bilərik?
Bu gün təbii fəlakətlər tez-tez baş verir. Fəlakət baş verəndə yardım işini yaxşı təşkil etmək və nizamlamaq tələb olunur. Bu məqsədlə Rəhbərlik Şurasının göstərişi ilə hər filialda Zərərçəkənlərə yardım şöbəsi təşkil olunub.
Bu şöbədəki qardaşlar fəlakətdən xəbər tutan kimi dərhal həmin ərazidəki ağsaqqallarla əlaqə saxlayıb təbliğçilərin ehtiyacları barədə məlumat alır. Əgər təbliğçilər dəyən zərəri öz güclərinə aradan qaldıra bilməyəcəklərsə, onda filial yardım işini təşkil etmək üçün təcrübəli qardaşlar təyin edir. Bu qardaşlar köməyə könüllülər çağırır, zəruri şeyləri ianə etməyi xahiş edir, yaxud da özləri bu şeyləri alıb zərərçəkənlərə paylayırlar.
İşi bu cür təşkil etməyin üstünlükləri çoxdur. Belə ki, hər kəs təşəbbüsü öz üzərinə götürəndə bəzən bir işi iki dəfə görmək lazım gəlir, qarmaqarışıqlıq yaranır, yaxud da israfçılıq olur. Ancaq iş mütəşəkkil formada görüləndə bu şeylərin qarşısı alınır.
Filialın təyin etdiyi qardaşlar yardım işi üçün nə qədər pul və könüllü lazım olduğunu müəyyən edir. Onlar həmçinin yerli məmurları da tanıyır. Bu məmurlar isə çox vaxt yardım işinin daha tez həyata keçirilməsinə kömək edir. Buna görə də yardım toplamaq, göndərmək və ya fəlakət baş verən əraziyə getmək istəyənlər, əgər onlara tapşırılmayıbsa, bunu etməməlidirlər.
Amma yenə də fəlakət baş verəndə hamımız dindaşlarımıza kömək etmək istəyirik (İb 13:16). Axı onları sevirik! Bəs necə kömək edə bilərik? Ən əsası, fəlakətdən zərərçəkənlər üçün və onlara yardım edənlər üçün dua edə bilərik. Həmçinin ümumdünya işimiz üçün ianə edə bilərik. Rəhbərlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərən filiallar ianələrin ən çox harada lazım olduğunu daha yaxşı bilir. Əgər özünüz şəxsən kömək etmək istəyirsinizsə, «Yerli tikintidə iştirak üzrə könüllü anketi»ni (DC-50) doldura bilərsiniz.
«BRAZİLİYADA DAŞQIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:
2020-ci ildə Braziliyada baş verən daşqından sonra Yehovanın Şahidlərinin göstərdiyi yardım işində sizə ən çox təsir bağışlayan nə oldu?