1—7 aprel
ZƏBUR 23—25
Nəğmə 4 və dua | Giriş sözlər (1 dəq.)
1. «Yehova mənim Çobanımdır»
(10 dəq.)
Yehova bizə başçılıq edir (Zb 23:1—3; br1 s. 22—23, abz. 9, 10)
Yehova bizi qoruyur (Zb 23:4; br1 s. 24—25, abz. 13—15)
Yehova bizi qida ilə təmin edir (Zb 23:5; br1 s. 25—26, abz. 17, 18)
Qayğıkeş çoban quzunun qeydinə qaldığı kimi, Yehova da xidmətçilərinin qeydinə qalır.
DÜŞÜNÜN: «Yehova şəxsən mənim qeydimə necə qalır?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 23:3. «Salehlik yolları» nədir və bu yoldan heç vaxt sapmamaq üçün nə etməliyik? (w11 15/2 s. 24, abz. 1—3)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 23:1—24:10 (th dərs 5)
4. Söhbətə başlamaq
(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Ətraf-mühitlə görə narahatlığını dilə gətirən adama Müqəddəs Kitabdan ruhlandırıcı ayə göstər (lmd dərs 2, bənd 5).
5. Təkrar söhbət
(4 dəq.) EV-EV TƏBLİĞ. «Əbədi xoşbəxt həyat!» broşürünü qəbul etmiş adamı ziyarət et və Müqəddəs Kitab dərsinin necə keçirildiyini ona göstər (lmd dərs 9, bənd 3).
6. Şagird hazırlamaq
(5 dəq.) lff dərs 14, bənd 4 (lmd dərs 11, bənd 3)
Nəğmə 54
7. Yadların səsinə qulaq asmırıq
(15 dəq.). Müzakirə.
Qoyunlar çobanın səsini tanıyır və onun ardınca gedir. Yadların səsindən isə qaçırlar (Yh 10:5). Eynilə biz də məhəbbətli, etibarlı ruhani Çobanlarımızın, Yehovanın və İsanın səsinə qulaq asırıq (Zb 23:1; Yh 10:11). Amma imanımızı sarsıtmaq istəyən yad insanların saxta sözlərini rədd edirik (2Bt 2:1, 3).
«Yaradılış» kitabının üçüncü fəslində yer üzündə ilk dəfə yad səsin eşidildiyindən danışılır. Şeytan əsl üzünü gizlədərək hiyləgərcəsinə Həvvaya yaxınlaşmışdı. O özünü dost kimi göstərərək Yehovanın sözlərini və niyyətlərini təhrif etmişdi. Təəssüf ki, Həvva ona qulaq asdı və beləcə, həm özünün, həm də ailəsinin başına böyük bəlalar açdı.
Şeytan bu gün də mənfi, yarıgerçək xəbərlər və ağ yalanlar yayaraq Yehova və Onun təşkilatı haqda şübhə toxumları səpməyə çalışır. Biz yad səslər eşidəndə ordan qaçmalıyıq! Maraqdan irəli gələrək az da olsa qulaq asmaq belə, təhlükəlidir. Həvvanı aldatmaq üçün Şeytana neçə kəlmə kifayət etdi? (Yr 3:1, 4, 5). Bəs əgər tanışımız, bizi sevən yaxşı niyyətli insan Yehovanın təşkilatı haqda mənfi məlumat bölüşmək istəyərsə nə etməliyik?
«Yadların səsinə qulaq asmayın» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
Ceydin imanına şərik olmayan anası ona Yehovanın təşkilatı haqda mənfi məlumatlar çatdıranda o necə davrandı və biz ondan nə öyrənirik?
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 8, abz. 1—4, s. 61—62, çər.