Nəğmə 10 və dua | Giriş sözlər (1 dəq.)
1. «Hər zaman Yehovaya şükür edərəm»
(10 dəq.)
Davud sınaqlarla üzləşəndə də Yehovaya həmd ucaldırdı (Zb 34:1; w07 1/3 s. 24—25, abz. 11)
Davud özü ilə yox, Yehova ilə öyünürdü (Zb 34:2—4; w07 1/3 s. 25—26, abz. 13)
Davudun ucaltdığı həmdlər yoldaşlarının imanını möhkəmləndirirdi (Zb 34:5; w07 1/3 s. 26, abz. 15)
Davud Əbuməlikdən yaxa qurtarandan sonra Talutdan narazı olan 400 kişi çöllükdə ona qoşuldu (1İş 22:1, 2). Ola bilsin, Davud bu məzmuru bəstələyəndə həmin insanları nəzərdə tuturdu (Zb 34, müqəddimə).
DÜŞÜNÜN: «Növbəti ibadət görüşündə ünsiyyət zamanı Yehovaya necə həmd ucalda bilərəm?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 35:19. Davudun Yehovaya: «Qoyma... mənə nifrət edənlər bir-birinə göz vursun»,— deməsi hansı mənanı daşıyır? (w06 1/6 s. 10, abz. 2)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 34:1—22 (th dərs 5)
4. Söhbətə başlamaq
(2 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Söhbət sən şahidlik etməzdən əvvəl başa çatır (lmd dərs 1, bənd 4).
5. Təkrar söhbət
(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. (lmd dərs 2, bənd 4)
6. Əqidəniz barədə danışın
(5 dəq.) Səhnəcik. ijwfq məqalə 59. Mövzu: Yehovanın Şahidləri hər hansı bir bayramın Allaha məqbul olub-olmadığını necə müəyyən edir? (th dərs 17)
Nəğmə 59
7. İbadət görüşlərində Yehovaya həmd etməyin üç yolu
(15 dəq.). Müzakirə.
İbadət görüşlərində Yehovaya həmd etmək üçün gözəl imkanlar yaranır. Gəlin onlardan üçünə baxaq.
Ünsiyyət. Başqaları ilə söhbət edəndə Yehovanın kəramətindən bəhs edin (Zb 145:1, 7). Sizə faydalı olan konkret bir məqamı eşitmisiniz və ya oxumusunuz? Xidmətdə başınıza hər hansısa maraqlı hadisə gəlib? Kimsə sizi sözləri və ya hərəkətləri ilə ruhlandırıb? Xilqətdə sizə xoş təəssürat bağışlayan hansısa məqamı müşahidə etmisiniz? Bütün bunlar Yehovadan ənamdır (Yq 1:17). Görüşdən bir neçə dəqiqə əvvəl gəlin ki, ünsiyyət etməyə vaxtınız olsun.
Şərhlər. Hər görüşdə ən azı bir dəfə şərh verməyə çalışın (Zb 26:12). Siz ya birbaşa olaraq suala, ya da ikinci dərəcəli fikrə şərh verə bilərsiniz, həmçinin şərhinizi gətirilən ayəyə, şəklə, ya da məlumatın necə tətbiq edilə biləcəyinə əsaslandıra bilərsiniz. Nəzərə alsaq ki, eyni suala başqaları da əl qaldıra bilər, çalışın bir neçə şərh hazırlayasınız. Əgər şərhiniz 30 saniyə və ya daha az olsa, onda daha çox insanın «Allaha mədh qurbanı» vermək imkanı olacaq (İb 13:15).
Nəğmələr. Həmd nəğmələrini şövqlə oxuyun (Zb 147:1). Ola bilsin, hər ibadət görüşündə sizə söz verilməyəcək, xüsusilə də yığıncağınızda çox adam varsa, amma həmd nəğmələrini həmişə oxuya bilərsiniz. Hətta pis oxuduğunuzu düşünsəniz belə, bacardığınızı etsəniz, Yehovanı razı salmış olacaqsınız! (2Kr 8:12). Həmd nəğməsini qabaqcadan evdə məşq edə bilərsiniz.
«Şanlı inkişaf yolumuz. Həmd nəğmələrimiz (I hissə)» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
Təşkilatımızın müasir tarixinin əvvəllərində Yehovanı nəğmələrdə tərənnüm etməyin əhəmiyyəti nədən görünürdü?
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 9, abz. 1—7, bölmə 3 və s. 70, çər.