Kontentə keç

Mündəricatı göstər

4—10 mart

ZƏBUR 16, 17

4—10 mart

Nəğmə 111 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Yehova yaxşılığımızın mənbəyidir

(10 dəq.)

Yehovaya xidmət edən insanlarla dostluq etmək bizə sevinc bəxş edir (Zb 16:2, 3; w18.12 s. 26, abz. 11)

Yehovanın dostu olduğumuzu bilmək bizi xoşbəxt edir (Zb 16:5, 6; w14 15/2 s. 29, abz. 4)

Yehovanın ruhani müdafiəsi altında özümüzü təhlükəsizlikdə hiss edirik (Zb 16:8, 9; w08 15/2 s. 3, abz. 2, 3)

Davud kimi biz də mənalı həyat sürürük, çünki yaxşılığımızın mənbəyi olan Yehovaya ibadət etmək həyatımızda ən önəmli yeri tutur.

DÜŞÜNÜN: «Həqiqəti biləndən sonra həyatım yaxşılığa doğru necə dəyişib?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 16:2, 4. Davud Yehovanın qanun və prinsiplərinə necə yanaşırdı və nəyə görə? (w18.12 s. 27—28, abz. 16)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 17:1—15 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(1 dəq.) EV-EV TƏBLİĞ. Anma mərasimi dəvətnaməsini təklif et (th dərs 11).

5. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. Anma mərasimi dəvətnaməsini təklif et. İnsan maraq göstərəndən sonra «İsa peyğəmbərin ölümünü yad edin» adlı videonu göstər və müzakirə et (th dərs 9).

6. Söhbətə başlamaq

(2 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Anma mərasimi dəvətnaməsini təklif et (th dərs 2).

7. Şagird hazırlamaq

MƏSİHİ HƏYATI

Nəğmə 20

8. Anma mərasiminə necə hazırlaşa bilərik?

(15 dəq.). Müzakirə.

İsanın tapşırığına uyğun olaraq bazar günü, 24 mart tarixində İsa Məsihin ölümünü anma mərasimi keçiriləcək. Bu, bəşər tarixində insanlara göstərilən məhəbbətin ən böyük iki təcəssümüdür (Lk 22:19; Yh 3:16; 15:13). Bu xüsusi mərasimə necə hazırlaşa bilərik?

  • Kampaniyada həvəslə iştirak edərək insanları xüsusi nitqə və anma mərasiminə dəvət edin. Tanışlarınızın siyahısını tutun və onları dəvət edin. Əgər kimlərsə başqa ərazidə yaşayırsa, jw.org saytından onlara uyğun vaxtda və yaxın yerdə keçiriləcək mərasimi tapmağa kömək edin

  • Mart və aprel aylarında xidmətinizi genişləndirin. Bəlkə, 15 və ya 30 saatlıq norma ilə xidmət etmək üçün köməkçi öncül blankı doldurasınız?

  • Martın 18-dən başlayaraq İsa Məsihin yer üzündəki həyatının sonuncu həftəsində baş verən mühüm hadisələri araşdırın. Bu nəşrin 6 və 7-ci səhifələrində yerləşən «Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitabın qiraəti (2024)» cədvəlindən hər gün nə qədər məlumat oxuyacağınızı müəyyənləşdirə bilərsiniz

  • Anma mərasimi günü jw.org saytında yerləşən xüsusi səhər ibadətinə baxın

  • Anma mərasimində yeni gələnləri və qeyri-fəalları mehribanlıqla salamlayın. Görüşdən sonra onların suallarını cavablandırın. Daha çox məlumat əldə etmələri üçün onlarla görüş təyin edin

  • Anma mərasimindən əvvəl və sonra fidyə üzərində düşünün

«İsa peyğəmbərin ölümünü yad edin» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

Anma mərasimi ilə bağlı keçirilən kampaniya zamanı bu videodan necə istifadə edə bilərik?

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 73 və dua