Kontentə keç

Mündəricatı göstər

8—14 aprel

ZƏBUR 26—28

8—14 aprel

Nəğmə 34 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Davud kamilliyini qorudu

(10 dəq.)

Davud Yehovadan onu saf etməsini xahiş etmişdi (Zb 26:1, 2; w05 1/3 s. 23—24, abz. 8, 9)

Davud pis insanlarla dostluq etmirdi (Zb 26:4, 5; w05 1/3 s. 25, abz. 12, 13)

Davud Yehovaya ibadət etməyi sevirdi (Zb 26:8; w05 1/3 s. 26, abz. 17, 18)


Davud səhvlərə yol versə də, «sidqi-ürəklə» ibadət edirdi (1Pd 9:4). Davudun kamilliyi onun Yehovaya tam sədaqətlə ibadət etməyindən və məhəbbətindən görünürdü.

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 27:10. Yaxın dostlarımız bizi tərk edəndə bu ayə bizə necə təsəlli verə bilər? (w06 1/8 s. 18, abz. 15)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 27:1—14 (th dərs 2)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(2 dəq.) EV-EV TƏBLİĞ. Xidmət üçün vəsaitlərdən bir buklet istifadə et (th dərs 3).

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. Öncəki ziyarətində verdiyin bukletin arxa səhifəsindəki sualı müzakirə et. Həmsöhbətinə jw.org saytını və ondan necə istifadə edə biləcəyini göstər (lmd dərs 9, bənd 3).

6. Nitq

(5 dəq.) lmd əlavə 1, bənd 3. Mövzu: İnsanların Yer kürəsinə vurduğu zərər aradan qaldırılacaq (th dərs 13).

MƏSİHİ HƏYATI

Nəğmə 128

7. Əxlaqi təmizliyini qoruyan yeniyetmələr

(15 dəq.). Müzakirə.

Gənc məsihilər əxlaqi təmizliklərini qorumaq üçün mübarizə aparmalıdırlar. Onlar gəncliyin çiçəklənən vaxtında, cinsi istəklərin güclü olduğu bir vaxtda qeyri-kamil bədənləri ilə mübarizə aparırlar (Rm 7:21; 1Kr 7:36). Həmçinin onlar həm əks cinsdən, həm də eyni cinsdən olan insanların israrla etdikləri əxlaqsız təkliflərə qarşı durmalıdırlar (Ef 2:2). Biz əxlaqi təmizliyini qoruyan dindaşlarımızla fəxr edirik.

«Yeniyetmə həyatı. Sekslə bağlı üzləşdiyim təzyiqin öhdəsindən necə gələ bilərəm?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Kori və Kemren həmyaşıdları tərəfindən hansı təzyiqə məruz qalmışdılar?

  • Onlar kamilliklərini necə qoruya bildilər?

  • Bu kimi vəziyyətlərlə üzləşsəniz, hansı Müqəddəs Kitab prinsipləri dadınıza çata bilər?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 38 və dua