Kontentə keç

Mündəricatı göstər

3—9 mart

MƏSƏLLƏR 3

3—9 mart

Nəğmə 8 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Yehovaya etibar etdiyinizi göstərin

(10 dəq.)

Özünüzə yox, Yehovaya güvənin (Ms 3:5; w11 15/11 s. 6, abz. 2, 3)

Yehovanın öyüd-nəsihətlərinə üz tutub onlara əməl etməklə Ona güvəndiyinizi göstərin (Ms 3:6; w03 1/11 s. 26, abz. 22, 23)

Öz ağlınıza güvənməyin (Ms 3:7; be s. 76, abz. 4)

DÜŞÜNÜN: «Həyatımın hər sahəsində Yehovanın öyüd-nəsihətlərinə üz tuturam?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Ms 3:3. Xeyirxahlığı və sədaqəti boyuna sarıb, ürəyin lövhəsinə yazmaq nə deməkdir? (w06 1/10 s. 8, abz. 5)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Ms 3:1—18 (th dərs 12)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. Ərazinizdə tez-tez rast gəlinən etiraza cavab ver (lmd dərs 1, bənd 5).

5. Söhbətə başlamaq

(4 dəq.) İCTİMAİ ŞAHİDLİK. Həmsöhbətinə jw.org saytı barədə danış və vizit kartı ver (lmd dərs 3, bənd 3).

6. Nitq

(5 dəq.) w11 15/3 s. 14, abz. 7—10. Mövzu: Xidmətdə laqeydliklə üzləşəndə Yehovaya güvəndiyinizi göstərin (th dərs 20).

MƏSİHİ HƏYATI

Nəğmə 124

7. Yehovanın təşkilatına güvəndiyinizi göstərin

(15 dəq.). Müzakirə.

Ola bilsin, Allahın Müqəddəs Kitabda verdiyi göstərişlərə güvənmək sizə asan gəlir. Amma Yehovanın təşkilatında rəhbərlik edən qeyri-kamil insanların göstərişlərinə güvənmək, xüsusilə də əgər biz həmin göstərişi başa düşmürüksə və ya onunla razı deyiliksə, çətin olur.

Məlaki 2:7 ayəsini oxuyun. Sonra auditoriyadan soruş:

  • Yehovanın xalqına qeyri-kamil insanlar vasitəsilə rəhbərlik etməsi bizi nəyə görə təəccübləndirmir?

Mətta 24:45 ayəsini oxuyun. Sonra auditoriyadan soruş:

  • Yehovanın təşkilatından gələn göstərişlərə nəyə görə etibar edə bilərik?

İbranilərə 13:17 ayəsini oxuyun. Sonra auditoriyadan soruş:

  • Yehovanın etibar edib rəhbərlik həvalə etdiyi kəslərin qərarlarını nəyə görə dəstəkləməliyik?

«Rəhbərlik Şurasının müraciəti 9 (2021). Fraqment» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Pandemiya zamanı aldığımız göstərişlər Yehovanın təşkilatına olan etibarımızı necə artırdı?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 57 və dua