Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«JW Library» proqramından istifadə qaydaları

«JW Library» proqramından istifadə qaydaları

MÜTALİƏ ÜÇÜN:

  • Müqəddəs Kitabı və gündəlik ayəni oxuyun

  • «İllik fəaliyyət» kitabını, jurnalları və digər nəşrləri oxuyun. Əlfəcindən istifadə edin

  • Yığıncaq görüşlərinə hazırlaşın və cavabları qeyd edin

  • Videolara baxın

YIĞINCAQDA:

  • Natiqin dediyi ayələri açın. Ayəyə qayıtmaq üçün tarixçə düyməsindən istifadə edin

  • Yığıncağa hər hissə üçün, mahnıları oxumaq üçün nəşr gətirməkdənsə, cihazdan istifadə edin. «JW Library» proqramında nəğmə broşüründə olmayan yeni mahnılar var

XİDMƏTDƏ:

  • Maraqlanan insana «JW Library» proqramından nə isə göstərin, sonra ona cihazına proqramı və nəşrləri yükləməyə kömək edin

  • Ayələri tapmaq üçün axtar düyməsindən istifadə edin

  • Video göstərin. Əgər ev sakininin uşağı varsa, «Yehovanın dostu ol» videolarından birini göstərin. Yaxud Müqəddəs Kitabı öyrənməyə həvəsləndirmək üçün «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videonu göstərin. Əgər insan başqa dildə danışırsa, videonu ona öz dilində göstərin

  • İnsana başqa dildə yüklədiyiniz tərcümədən ayə göstərin. Ayəni tapın, nömrəsinin üstündən basın, sonra paralel tərcümələri göstərən düyməni basın