2—8 may
Əyyub 38—42
Nəğmə 63 və dua
Giriş sözlər (3 dəq. və ya az)
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
«Başqaları üçün dua etmək Yehovaya xoş gedir» (10 dəq.)
Əy 42:7, 8. Yehova Əyyubun Əlifəz, Bildad və Söfər üçün dua etməsini istəyirdi (w13 15/6 s. 21, abz. 17; w98-E 1/5 s. 30, abz. 3—6)
Əy 42:10. Əyyub onlar üçün dua edəndən sonra Yehova ona şəfa verdi (w98-E 1/5 s. 31, abz. 3)
Əy 42:10—17. Yehova imanına və dözümünə görə nemətlərini Əyyubun başından tökdü (w94-E 15/11 s. 20, abz. 19, 20)
Hikmət xəzinəsindən incilər (8 dəq.)
Əy 38:4—7. Dan ulduzları kimdir və onlar haqda nə bilirik? (bh s. 97, abz. 3)
Əy 42:3—5. Biz də Əyyub kimi, Allahı görmək üçün nə edə bilərik? (w15 15/10 s. 8, abz. 16, 17)
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən Yehova haqda nə öyrəndim?
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən tapdığım hansı fikirləri xidmətdə istifadə edə bilərəm?
Müqəddəs Kitabın qiraəti: (4 dəq. və ya az) Əy 41:1—26
SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
Bu ayın təqdimələrinə hazırlaşın (15 dəq.). Müzakirə. Nümunə üçün olan təqdimələrin hər birinin videosunu göstər. Sonra əsas məqamları müzakirə et. Elektron cihazdan istifadə etmək barədə danış və qısaca olaraq «“JW Library” proqramından istifadə qaydaları» adlı məqaləyə də istinad et. Təbliğçilərə hər ay xidmətdə videoları neçə dəfə göstərdiklərini hesabatda qeyd etməyi xatırlat. Təbliğçiləri öz təqdimələrini hazırlamağa təşviq et.
MƏSİHİ HƏYATI
Nəğmə 60
«“JW Library” proqramından istifadə edirsiniz?» (15 dəq.). Əvvəlcə 5 dəqiqə ərzində məqaləni müzakirə et. Sonra «“JW Library” proqramından istifadə etməyə başlayın» adlı videonu göstər və qısaca müzakirə et. Sonra «Nəşrləri yükləmək və istifadə etmək qaydaları» və «Oxumağı rahatlaşdıran funksiyalar» videolarının hər birini göstər və qısaca müzakirə et. Hər kəsi təşviq et ki, mayın 16-dan başlanan həftə «“JW Library” proqramından istifadə qaydaları» adlı bənd müzakirə olunmamış cihazlarına «JW Library» proqramını və nəşrləri yükləsin.
Müqəddəs Kitab dərsi: (30 dəq.) ia fəs. 14, abz. 14—22, səh. 124, təkrar
Bu və növbəti həftənin qısa icmalı (3 dəq.)
Nəğmə 77 və dua