Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«Allahın bir boyunduruqda birləşdirdiyini. . .»

«Allahın bir boyunduruqda birləşdirdiyini. . .»

Musanın Qanununa əsasən boşanmaq istəyən kişi hüquqi sənəd hazırlamalı idi. Bu, nikahı tələsik pozmağın qarşısını almaq üçün idi. Lakin İsanın dövründə din xadimləri elə etmişdilər ki, çox asanlıqla boşanmaq olurdu. Kişilərə hər xırda şeyin üstündə arvadı boşamağa icazə verilirdi (nwtsty-E Mr 10:4, 11 ayələri üçün şərh). İsa nikahın Yehova Allah tərəfindən təsis edildiyini vurğulamışdı (Mr 10:2—12). Kişi ilə qadın nikah bağlayanda daimi ittifaq qurub «bir bədən» olur. Boşanmaq üçün Müqəddəs Kitab yalnız bir əsas verir. Bu da Mətta 19:9 ayəsində yazıldığı kimi, əxlaqsızlıqdır.

Bu gün bir çox insan nikaha İsa kimi yox, fərisilər kimi yanaşır. Onlar problem yaranan kimi dərhal boşanmağa qərar verirlər. Lakin Məsihi ər-arvadlar nikah andına çox ciddi yanaşır və Müqəddəs Kitab prinsiplərinə riayət edərək çətinliklərin öhdəsindən gəlməyə çalışırlar. «Məhəbbət və hörmət ailəni qoruyur» adlı videoya baxandan sonra aşağıdakı sualları cavablandırın:

  • Ailədə Məsəllər 15:1 ayəsini necə tətbiq etmək olar və bu nəyə görə vacibdir?

  • Məsəllər 19:11 ayəsindəki məsləhət problemin qarşısını almağa necə kömək edə bilər?

  • Əgər nikahınız dağılmaq üzrədirsə, «bəlkə, boşanım?» deməkdənsə, nə barədə düşünsəniz yaxşı olar?

  • Mətta 7:12 ayəsi sizə yaxşı həyat yoldaşı olmağa necə kömək edə bilər?