Təsəvvür edin, görkəminin dəyişildiyi görüntüdə İsa səmavi Atasının ondan razı olduğunu eşidəndə hansı hissləri keçirmişdi. Şübhəsiz, bu, İsaya gələcək əzablara dözmək üçün güc vermişdi. Bu görüntü həm də Butrusun, Yaqubun və Yəhyanın zehnində dərin iz buraxmışdı. Onlar əmin olmuşdular ki, İsa, həqiqətən də, Məsihdir və ona qulaq asmaqda yanılmayıblar. Üstündən təxminən 32 il keçməsinə baxmayaraq, Butrus o hadisəni və həmin peyğəmbərlik sözünün imanını necə möhkəmləndirdiyini xatırlayırdı (2Bt 1:16—19).
Biz həmin möhtəşəm görüntünü görməsək də, onun necə yerinə yetdiyinin şahidiyik. İsa hazırda qüdrətli Padşahdır. Tezliklə o, qələbəsini başa vuraraq salehliyin bərqərar olunduğu yeni dünyanın qapılarını insanların üzünə açacaq (Vh 6:2).
Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetdiyini görmək sizin imanınızı necə möhkəmləndirir?