MƏSİHİ HƏYATI
Övladınıza Məsihin ardınca getməyə kömək edin
Məsihi valideynlər üçün ən böyük sevinc övladının özünü inkar edərək işgəncə dirəyini götürüb İsanın ardınca getdiyini görməkdir (Mr 8:34; 3Yh 4). Bəs valideyn övladına İsanın ardınca getməyə, həyatını Yehovaya həsr etməyə və vəftiz olunmağa necə kömək edə bilər? Uşağın vəftiz kimi vacib addımı atmağa hazır olduğunu necə müəyyən etmək olar?
«Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 165 və 166-cı səhifəsində yerləşən «Məsihi valideynlərə ismarıc» adlı məqaləyə baxın. Sonra növbəti sualları cavablandırın.