Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Ailədə məhəbbət göstərin

Ailədə məhəbbət göstərin

Məhəbbət ailə üzvlərini birləşdirən bağdır. Məhəbbət olmasa, ailədə nə birlik olar, nə də əməkdaşlıq. Ərlə arvad bir-birinə və övladlarına məhəbbətlərini necə göstərə bilərlər?

Qayğıkeş ər arvadının tələbatlarına, fikirlərinə və hisslərinə anlayışla yanaşır (Ef 5:28, 29). O, ailəsinin həm maddi, həm də ruhani cəhətdən qayğısına qalır, məsələn, müntəzəm ailəvi ibadət axşamı keçirir (1Tm 5:8). Ərini sevən qadın isə ona tabe olur və dərin hörmət bəsləyir (Ef 5:22, 33; 1Bt 3:1—6). Onların hər ikisi bir-birini ürəkdən bağışlayır (Ef 4:32). Qayğıkeş valideyn hər bir övladına diqqət göstərir və onlara Yehovanı sevməyi öyrədir (Qn 6:6, 7; Ef 6:4). Onların uşaqları məktəbdə hansı çətinliklərlə üzləşirlər? Yaşıdlarının təzyiqinə necə sinə gərirlər? Ailədə məhəbbət hökm sürəndə hamı özünü əmin-amanlıqda hiss edir.

«AİLƏDƏ TÜKƏNMƏZ MƏHƏBBƏT GÖSTƏRİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Qayğıkeş ər arvadının qeydinə qaldığını və əzizlədiyini necə göstərir?

  • Ərini sevən qadın ona dərin hörmət bəslədiyini necə göstərir?

  • Qayğıkeş valideynlər Allahın Kəlamını övladlarına necə aşılayır?