MƏSİHİ HƏYATI
Tərbiyə Yehovanın sevgisinin ifadəsidir
Tərbiyə dedikdə əsas etibarilə öyüd-nəsihət, təlim vermək nəzərdə tutulur, amma tərbiyəyə həmçinin töhmət və cəza da daxildir. Yehova bizi tərbiyə edir ki, biz Ona məqbul şəkildə ibadət edə bilək (Rm 12:1; İb 12:10, 11). Bəzən tərbiyəni qəbul etmək heç də asan olmur, amma tərbiyə sayəsində insan saleh olur və nemətlər dadır (Ms 10:7). Tərbiyə verənlər və tərbiyə olunanlar nəyi yadda saxlamalıdırlar?
Tərbiyə verənlər. Ağsaqqallar, valideynlər və başqaları əllərindən gələni edirlər ki, tərbiyəni Yehova kimi məhəbbətlə və xeyirxahlıqla versinlər (Ər 46:28). Hətta ciddi cəza da münasib şəkildə və məhəbbətdən irəli gələrək verilməlidir (Tt 1:13).
Tərbiyə alanlar. Biz verilən tərbiyəni, növündən asılı olmayaraq, rədd etməməliyik, əksinə, dərhal qəbul etməliyik (Ms 3:11, 12). Qeyri-kamil olduğumuza görə hər birimizin tərbiyəyə ehtiyacı var. Biz müxtəlif üsullarla tərbiyə olunuruq. Məsələn, Müqəddəs Kitabdan oxuduqlarımız, yaxud yığıncaq görüşlərində eşitdiklərimiz bizi tərbiyə edir. Bəzən isə kimlərəsə intizam komitəsi cəza verməli olur. Tərbiyəni qəbul etsək, xeyir tapacağıq və əbədi həyata nail olacağıq (Ms 10:17).
«YEHOVA SEVDİYİ KƏSİ TƏRBİYƏ EDƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Kanon qardaş əvvəlcə necə həyat sürürdü, amma sonra nə baş verdi?
-
O, Yehovadan hansı tərbiyəni aldı?
-
Ondan nə öyrənirik?