Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Spirtli içki məsələsində hikmətlə davranın

Spirtli içki məsələsində hikmətlə davranın

Məsihilər spirtli içki içmək məsələsində özlərinə hakim olmalıdırlar (Ms 23:20, 29—35; 1Kr 6:9, 10). Məsihi içmək qərarına gəlsə, həddi aşmamalıdır. O, içkidən asılı vəziyyətə düşməməlidir və iman yolunda kimisə büdrətməməlidir (1Kr 10:23, 24; 1Tm 5:23). Sözsüz ki, heç kəsi, xüsusən də gəncləri içki içməyə məcbur etmək olmaz.

«İÇKİNİN FƏSADLARI HAQDA DÜŞÜN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə bütün məsihilər spirtli içki ilə bağlı qanunlara tabe olmalıdır? (Rm 13:1—4)

  • Nəyə görə kiminsə təzyiqi ilə içki içmək olmaz? (Rm 6:16)

  • Spirtli içkilərlə bağlı yaranan təhlükəli vəziyyətlərdən necə qaça bilərik?