MƏSİHİ HƏYATI
Axırzamanın axırında hazırlıqlı olun
Axırzamanın lap axırında yaşadığımız üçün bilirik ki, bədbəxtliklər daha da çoxalacaq (2Tm 3:1; nwtsty-E Mt 24:8 ayəsi üçün olan şərh). Fəlakət baş verəndə Yehovanın xalqı vaxtlı-vaxtında göstərişlər alır və bu onların həyatını xilas edir. Həmin vaxtlarda sağ qalmaq üçün indidən itaət göstərərək həm ruhani cəhətdən hazırlaşın, həm də lazımi tədarük görün (Lk 16:10).
-
Ruhani cəhətdən hazırlaşın. Yaxşı ruhani vərdişlərə yiyələnin. Xidmətin müxtəlif növlərini öyrənin. Yığıncaqdan bir müddət ayrı düşəndə təlaşa qapılmayın (Əş 30:15). Sizin heç vaxt Yehova və İsa ilə əlaqəniz kəsilməyəcək (od s. 175—176, abz. 15—17).
-
Lazımi tədarük görün. Hər evdə fəlakət çantasından savayı, ehtiyatda kifayət qədər ərzaq, su, dərman və sairə şeylər olmalıdır ki, uzun müddət sığınacaqda qalmaq lazım gəlsə, onlardan istifadə edilsin (Ms 22:3; g17.5 s. 4, 6).
«TƏBİİ FƏLAKƏTLƏRƏ HAZIRSINIZ?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Fəlakətlərə ruhani cəhətdən necə hazırlaşa bilərik?
-
Nəyə görə...
-
ağsaqqallara ən son əlaqə nömrəmizi və ünvanımızı verməliyik?
-
fəlakət çantası hazırlamalıyıq?
-
ərazimizdə hansı fəlakətlərin ola biləcəyini və hər vəziyyətdə nə edəcəyimizi müzakirə etməliyik?
-
-
Fəlakətlə üzləşən bacı-qardaşlarımıza necə kömək edə bilərik?
DÜŞÜNÜN: «COVID-19 pandemiyasından fəlakətə hazırlaşmaqla bağlı nə öyrənirəm?»