Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Şövqlə öyrədin

Şövqlə öyrədin

İnsanın şövqü başqalarına da sirayət edir. Şövqlü olsaq, insanlar dediklərimizə daha diqqətlə qulaq asacaq. Həmçinin bununla dediyimiz sözlərin vacib olduğunu göstərəcəyik. Boya-başa çatdığımız mədəniyyətdən və xasiyyətimizdən asılı olmayaraq, biz şövqlü olmağı öyrənə bilərik (Rm 12:11). Necə?

Əvvəla, çatdırdığınız xəbərin vacibliyi barədə düşünün. Sizə yaxşı şeylər müjdələmək şərəfi nəsib olub (Rm 10:15). İkincisi, müjdənin həmsöhbətinizə faydası barədə düşünün. İnsanların bu xəbəri eşitməyə ehtiyacı var (Rm 10:13, 14). Ən nəhayət, həvəslə danışın, jestləriniz təbii, üz ifadələriniz səmimi olsun.

«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. ŞÖVQLƏ ÖYRƏDİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə Nitanın Ceydə dərs keçmək həvəsi ölmüşdü?

  • Nitaya yenidən şövqlü olmağa nə kömək etdi?

  • Şövqümüz başqalarına da sirayət edir

    Nəyə görə diqqətimizi həmsöhbətimizin müsbət cəhətlərinə yönəltməliyik?

  • Şövqlü olmağımız dərs keçdiyimiz insanlara və başqalarına necə təsir edir?