Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Nəfsinizə hakim olun!

Nəfsinizə hakim olun!

Qeyri-kamil olduğumuz üçün gərək həmişə nəfsimizə hakim olaq. Əgər ürəyimiz istəyən hər şeyi etsək, Yehovanın rəğbətini itirəcəyik. Məsələn, kimlərsə yeməyi, geyimi, ev-eşiyi Allahdan çox sevir. Digərləri ehtiraslarını təmin etmək xatirinə Allahın qanunlarını pozurlar (Rm 1:26, 27). Bir başqaları isə yaşıdları tərəfindən qəbul edilmək, bəyənilmək üçün onların təsirinə uyub günah edirlər (Çx 23:2).

Nəfsimizə necə hakim ola bilərik? Var gücümüzlə diqqətimizi ruhani işlərə cəmləməliyik (Mt 4:4). Həmçinin nəfslə mübarizədə Yehovadan kömək istəməliyik, çünki O nəyin xeyrimizə olduğunu və düzgün arzularımızı necə həyata keçirəcəyini bilir (Zb 145:16).

«QOY SAĞLAMLIĞIN TÜSTÜ İLƏ SOVRULMASIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə bəzi insanlar siqaret çəkir?

  • Siqaretin hansı zərərləri var?

  • Nəyə görə istər adi siqareti, istərsə də elektron siqareti çəkmək düzgün deyil? (2Kr 7:1)

  • Siqaret çəkmək meylinə qalib gələ bilərsiniz!

    Siqaret çəkmək təklifinə necə yox deyə bilərsiniz və ya onu necə tərgidə bilərsiniz?