MƏSİHİ HƏYATI
«Məhəbbət... hər şeyə ümid edir»
Biz bacı-qardaşlarımızı saf məhəbbətlə sevirik və onların düzgün qərarlar verməsini istəyirik (1Kr 13:4, 7). Məsələn, hansısa dindaşımız günaha yol verdiyi üçün töhmət alanda biz ümid edirik ki, o, töhmətdən dərs götürüb düzələcək. İmanı zəif olanlara səbirlə yanaşırıq, onlara kömək etməyə çalışırıq (Rm 15:1). Kimsə yığıncaqdan gedəndə ondan əlimizi üzmürük, onun bir gün qayıdacağına ümid edirik (Lk 15:17, 18).
«MƏHƏBBƏT NECƏ DAVRANIR? HƏR ŞEYƏ ÜMİD EDİR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Abnurun Davuda münasibəti necə dəyişdi?
-
Davud və Yuab Abnurun xahişinə necə münasibət göstərdi?
-
Nəyə görə biz dindaşlarımızdan ümidimizi üzməməliyik?