MƏSİHİ HƏYATI
«Əbədi xoşbəxt həyat!» kitabı ilə şagirdin Yehovaya və İsaya imanını möhkəmləndirin
Allahı razı salmaq üçün şagirdin möhkəm imanı olmalıdır (İb 11:6). «Əbədi xoşbəxt həyat!» kitabı vasitəsilə onlara bu sahədə kömək edə bilərik. Bu dərs vəsaitində oxu ayələri, aydın izahatlar, düşündürücü suallar, təsirli videolar, gözəl şəkillər yer alır. Şagirdə məsihi keyfiyyətlərinə yiyələnməyə, Allahla yaxın münasibət qurmağa kömək edəndə sanki odadavamlı materiallarla bina inşa edirik (1Kr 3:12—15).
Bəzi insanlara görmədikləri Allahla dost olmaq ağlasığmaz gəlir. Buna görə də onlara kömək etməliyik ki, Yehovanı tanısınlar və Ona etibar etsinlər.
«“ƏBƏDİ XOŞBƏXT HƏYAT!” KİTABI İLƏ ŞAGİRDİN YEHOVAYA İMANINI MÖHKƏMLƏNDİRİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Bacının Müqəddəs Kitab dərsinə yaxşı hazırlaşdığı nədən görünür?
-
Bacı Əşiya 41:10, 13 ayələri ilə bağlı hansı əlavə sualları verdi?
-
Video və ayələr şagirdə necə təsir etdi?
Çoxları fidyənin mahiyyətini anlamır, yaxud da fidyəyə Allahın şəxsən onlara verdiyi ənam kimi baxmır (Qt 2:20). Buna görə də onlara kömək etməliyik ki, İsa Məsihin fidyə qurbanlığına iman etsinlər.
«“ƏBƏDİ XOŞBƏXT HƏYAT!” KİTABI İLƏ ŞAGİRDİN İSAYA İMANINI MÖHKƏMLƏNDİRİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Qardaşın Müqəddəs Kitab dərsinə yaxşı hazırlaşdığı nədən görünür?
-
Qardaş şagirdə kömək etmək üçün «Əlavə məlumat» hissəsindəki materialdan necə istifadə etdi?
-
Dua etmək şagird üçün nəyə görə vacibdir?