MƏSİHİ HƏYATI
Özünüzə Allahın nəzəri ilə baxın
«Yehova xalqından zövq alır» (Zb 149:4). Qeyri-kamil olsaq da, Yehova diqqətini bizim yaxşı keyfiyyətlərimizə yönəldir, bizdəki potensialı görür. Lakin hərdən özümüzə bu cür yanaşmaq, yəni özümüzdəki gözəl keyfiyyətləri görmək bizə çətin ola bilər. Başqalarının bizə olan münasibətinə görə özümüzü dəyərsiz hiss edə bilərik. Yaxud daim keçmiş səhvlərimiz barədə düşünsək, bizdə Yehovanın məhəbbətinə şübhə yaranar. Belə vəziyyətlərdə bizə nə kömək edə bilər?
Yadda saxlayın ki, Yehova «Allah insan kimi baxmır» (1İş 16:7). Bu həmçinin o deməkdir ki, Onun bizə olan münasibəti, bizim özümüzə olan münasibətimizdən fərqlənir. Nə yaxşı ki, Müqəddəs Kitab vasitəsilə Yehovanın bizə hansı münasibəti bəslədiyini görə bilirik. Oradakı ayələri və hadisələri oxuyanda görürük ki, Yehova xidmətçilərini necə çox sevir.
«ÜRƏYİNİZİ YEHOVANIN MƏHƏBBƏTİNƏ İNANDIRIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Qaçışçı nümunəsindən Yehovanın bizə olan münasibəti barədə nə öyrənirik?
-
Əgər insan ciddi günah işlədəndən sonra Yehova ilə münasibətlərini düzəltmək üçün vacib addımlar atırsa, o, ürəyini Allahın məhəbbətinə necə inandıra bilər? (1Yh 3:19, 20)
-
Davudun və Yəhuşafatın nümunəsi üzərində oxuyub düşünmək qardaşa necə kömək etdi?