MƏSİHİ HƏYATI
Özünüzü dönüklükdən qoruyun
Şeytan və onun təsiri altında olan kəslər imanımızı zəiflətmək üçün həqiqətə yalan qatırlar (2Kr 11:3). Məsələn, aşşurlular xalqı ruhdan salmaq üçün yarı-həqiqət məlumatlardan, həmçinin ağ yalanlardan istifadə etdilər (2Sm 32:10—15). Eyni üsuldan bu gün dönüklər də istifadə edir. Dönük təlimlərə necə yanaşmalıyıq? Bu təlimlər zəhər kimidir, özünüzü gözləyin! Heç vaxt onları oxumayın, cavablandırmayın, yaxud yaymayın. Yehova haqda, təşkilatımız barədə şübhələr yaradan məlumatları tez sezib, onlardan uzaq durun! (Yd 3, 4).
«İMANINIZ UĞRUNDA CİDDİ MÜBARİZƏ APARIN! FRAQMENT» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
İnternetdəki forumlardan istifadə ediriksə, nə üçün ehtiyatlı olmalıyıq?
-
Romalılara 16:17 ayəsindəki məsləhətə necə əməl edə bilərik?