Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Müqəddəs Kitabın audiosundan istifadə edirsiniz?

Müqəddəs Kitabın audiosundan istifadə edirsiniz?

Müqəddəs Kitabın audiosu nədir? Bu, «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş versiyasının audio formatıdır. Bu format tədricən mümkün qədər çox dildə çıxacaq. Bu audioyazının üstünlüklərindən biri odur ki, kitabdakı hər personaj üçün fərqli səs istifadə olunur. Müqəddəs Kitabdakı xəbəri dəqiq çatdırmaq üçün ayələr düzgün intonasiya ilə və hisslərlə oxunur.

Müqəddəs Kitabın audiosunun hansı faydaları var? Müqəddəs Kitab bu audioyazılara müntəzəm qulaq asanlar üçün daha da canlı olub. Onların fikrincə, hər personajı fərqli adamın səsləndirməsi sayəsində hadisələri təsəvvürlərində canlandıra bilirlər və yazılanları daha aydın başa düşürlər (Ms 4:5). Həmçinin bir çoxları deyir ki, bu audiolara qulaq asmaq onları narahat vaxtlarında ovudur (Zb 94:19).

Allahın Kəlamını dinləmək həyatımıza güclü təsir edə bilər (2Sm 34:19—21). Əgər Müqəddəs Kitabın audioyazısı bütöv və ya qismən sizin başa düşdüyünüz dildə varsa, çalışın vaxt ayırıb müntəzəm qulaq asasınız.

«MÜQƏDDƏS KİTABIN AUDİOSUNUN HAZIRLANMASI. FRAQMENT» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:

Müqəddəs Kitabın audiosunun hazırlanmasında sizə hansı məqam təsir etdi?