MƏSİHİ HƏYATI
Yehova yetimlərə Atadır
Hər il çoxlu gənc Yehovanın dostlarının sırasına qoşulur (Zb 110:3). Yehova hər birinizə böyük qayğı göstərir. O, üzləşdiyiniz çətinlikləri başa düşür və söz verir ki, Ona xidmət etməyiniz üçün sizə kömək edəcək. Əgər siz təkvalideynli ailədə böyümüsünüzsə, unutmayın ki, Yehova «yetimlərə ata»dır (Zb 68:5). Ailənizdə hökm sürən vəziyyətdən asılı olmayaraq Yehovanın verdiyi tərbiyə sizə həyatda uğur qazanmağa kömək edə bilər (1Bt 5:10).
«İMAN UĞRUNDA CİDDİ MÜBARİZƏ APARANLAR. TƏKVALİDEYNLİ UŞAQLAR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Tami, Çarlz və Cimmidən nə öyrənirsiniz?
-
Zəbur 27:10 ayəsi təkvalideynli ailədə böyüyənləri nəyə əmin edir?