Kontentə keç

Mündəricatı göstər

20—26 may

ZƏBUR 40, 41

20—26 may

Nəğmə 102 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Nəyə görə başqalarına kömək etməliyik?

(10 dəq.)

Başqalarına kömək etmək bizi xoşbəxt edir (Zb 41:1; w18.08 s. 22, abz. 16—18)

Yehova başqalarına əl tutanlara kömək edir (Zb 41:2—4; w15 15/12 s. 24, abz. 7)

Başqalarına kömək etməklə Yehovaya şərəf gətiririk (Zb 41:13; Ms 14:31; w17.09 s. 12, abz. 17)

DÜŞÜNÜN: «Yığıncaqdakı dindaşlarımdan kiməsə «JW Library» tətbiqindən daha məharətlə istifadə etməyə kömək edə bilərəm?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 40:5—10. Bu ayələrə əsasən Yehovanı Külli-İxtiyar kimi qəbul etmək bizi nəyə təşviq edir? (it-2-E s. 16)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Xoşbəxt görünən bir nəfərlə söhbətə başlamaq (lmd dərs 2, bənd 3).

5. Söhbətə başlamaq

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Kədərli görünən bir nəfərlə söhbətə başlamaq (lmd dərs 3, bənd 5).

6. Şagird hazırlamaq

(5 dəq.) lff dərs 14, bənd 6. İbadət görüşlərində iştirak etməyə tərəddüd edən Müqəddəs Kitab şagirdi ilə birgə «Əlavə məlumat» bölməsindəki «Yığıncaqda Yehovanı mədh edin» məqaləsindən bir fikri araşdır (th dərs 19).

MƏSİHİ HƏYATI

Nəğmə 138

7. Yaşlı dindaşlarınıza yaxşılıq edin

(15 dəq.). Müzakirə.

Yehova yığıncağımızdakı yaşlı dindaşlarımızın gördüyü bütün işləri qiymətləndirir, eynilə biz də (İb 6:10). Onlar uzun illər təbliğ ediblər, təlim veriblər, dindaşlarını ruhlandırıblar. Əminik ki, onların sizin üçün etdiklərini də unutmursunuz. Bu günə kimi etdiklərinə, eləcə də bundan sonra edəcəkləri şeylərə görə onlara minnətdarlığınızı necə göstərə bilərsiniz?

«Dindaşlarımıza yaxşılıq edək» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Cihun qardaş Hucin qardaşdan nə öyrənir?

  • Yığıncağınızdakı yaşlı dindaşlarınıza minnətdar olmaq üçün hansı səbəbləriniz var?

  • Xeyirxah səməriyyəli məsəlindən nə öyrənirik?

  • Sizcə, nəyə görə Cihun qardaşın başqalarını Hucin qardaşa kömək etməyə təşviq etməsi yaxşı fikir idi?

Yığıncaqdakı yaşlı dindaşlarımızın ehtiyacları haqda düşünsək, onlara bir çox sahədə kömək edə bilərik. Düşünün görün ehtiyac yarananda siz necə kömək edə bilərsiniz (Yq 2:15, 16).

Qalatiyalılara 6:10 ayəsini oxu. Sonra auditoriyadan soruş:

  • Yığıncaqdakı yaşlı dindaşlarımıza hansı yaxşılıqları edə bilərik?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 8 və dua