Kontentə keç

Mündəricatı göstər

27 may — 2 iyun

ZƏBUR 42—44

27 may — 2 iyun

Nəğmə 86 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. İlahi təhsildən tam faydalanın

(10 dəq.)

Mümkündürsə, Yehovaya dindaşlarınız ilə birlikdə ibadət edin (Zb 42:4, 5; w06 1/6 s. 31, abz. 1)

Allahın Kəlamını mütaliə etməzdən əvvəl dua edin (Zb 42:8; w12 15/1 s. 15, abz. 2)

Qoy Müqəddəs Kitab həyatınızın hər sahəsində bələdçiniz olsun (Zb 43:3)

İlahi təhsil bizə güc verir ki, sınaqlara sinə gərə bilək və həsr olunmamıza uyğun yaşayaq (1Bt 5:10; w16.09 s. 5—6, abz. 11, 12).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 42:10, 11. Haqsızlıqla üzləşəndə məzmurçudan necə örnək götürə bilərik? (ijwbq məqalə 179, abz. 3)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(4 dəq.) EV-EV TƏBLİĞ. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 5, bənd 5).

5. Təkrar söhbət

(5 dəq.) EV-EV TƏBLİĞ. Təbliğ etdiyin insanı açıq nitqi dinləməyə dəvət et. «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu təqdim et və müzakirə et (lmd dərs 7, bənd 5).

6. Nitq

(3 dəq.) lmd əlavə 1, bənd 4. Mövzu: Heç bir xəstəlik olmayacaq (th dərs 2).

MƏSİHİ HƏYATI

Nəğmə 21

7. İş və təhsil məsələsində hikmətli qərar verin

(15 dəq.). Müzakirə.

Əziz gənclər, məktəbi bitirəndən sonra nə edəcəyinizi düşünmüsünüz? Bəlkə də öncül kimi xidmət etməyinizə əl verən iş tapmısınız. Yaxud da bu cür iş tapmağınıza kömək edəcək müəyyən peşəyə, sertifikata və ya diploma sahib olmaq haqda düşünürsünüz. Bu, həyatınızın ən vacib anlarından biridir! Amma ola bilsin, variantınız çox olduğuna və ya başqaları hansısa peşəni seçmək üçün sizə təzyiq göstərdiyinə görə qərarsız qalmısınız. Bu zaman hikmətli qərar verməyə sizə nə kömək edə bilər?

Mətta 6:32, 33 ayələrini oxuyun. Sonra isə auditoriyadan soruş:

  • Nəyə görə əvvəlcə ruhani məqsədlər qoyub, sonra iş və təhsillə bağlı qərar vermək yaxşı olar?

  • Valideynlər uşaqlarına Mətta 6:32, 33 ayələrindəki prinsipə uyğun davranmağa necə kömək edə bilərlər? (Zb 78:4—7)

Ehtiyatlı olun ki, maddi firavanlıq və məşhur olmaq istəyi qərarınıza təsir etməsin (1Yh 2:15, 17). Unutmayın, var-dövlətli olmaq Padşahlıq xəbərini qəbul etməyə mane ola bilər (Lk 18:24—27). Var-dövlətə can atmaq ruhani inkişafınıza və diqqətinizi Yehovanı razı salan şeylərə cəmləməyə mane ola bilər (Mt 6:24; Mr 8:36).

«Tükənən şeylərə bel bağlamayın! Var-dövlət» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  •   Məsəllər 23:4, 5 ayəsi hikmətli qərar verməyinizə necə kömək edə bilər?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 47 və dua