Kontentə keç

Mündəricatı göstər

3—9 iyun

ZƏBUR 45—47

3—9 iyun

Nəğmə 27 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

İsa Məsih gəlini olan 144 000 ilə birlikdə aşağıya, yer üzünə baxır

1. Padşahın toyu haqda nəğmə

(10 dəq.)

Zəbur 45-ci məzmurda Padşahımız İsa Məsihin toyundan danışılır (Zb 45:1, 13, 14; w14 15/2 s. 9—10, abz. 8, 9)

Padşahın toyu Armageddondan sonra olacaq (Zb 45:3, 4; w22.05 s. 17, abz. 10—12)

Bütün insanlar bu toyun nemətlərini dadacaq (Zb 46:8—11; it-2-E s. 1169)


DÜŞÜNÜN: «Ürəyim Padşahımız İsa Məsih haqda müjdəni çatdırmaq üçün “çağlayır”?» (Zb 45:1).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 45:16. Bu ayədən Cənnətdəki həyat haqda nə öyrənirik? (w17.04 s. 11—12, abz. 9)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 45:1—17 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. (lmd dərs 1, bənd 3)

5. Nitq

(5 dəq.) ijwbv məqalə 26. Mövzu: Zəbur 46:10 ayəsinin məğzi nədir? (th dərs 18)

6. Əqidəniz barədə danışın

(4 dəq.) Səhnəcik. ijwyp məqalə 59. Mövzu: Homoseksuallığa münasibətimiz necə olmalıdır? (lmd dərs 6, bənd 5)

MƏSİHİ HƏYATI

Nəğmə 131

7. Ailənizdən nəvaziş əskik olmasın

(10 dəq.). Müzakirə.

Toy günü şad gündür (Zb 45:13—15). Çox vaxt toy bəylə gəlinin həyatında ən xoş anlardan biri olur. Bəs bu xoşbəxtliyin ömür boyu sürməsi üçün ər-arvad nə edə bilər? (Vz 9:9).

Nəvaziş xoşbəxt ailənin açarıdır. Yaxşı olar ki, ərlə arvad İshaq və Rəfəqədən örnək götürsün. Müqəddəs Kitabda yazılıb ki, 30 ildən çox evli olsalar da, onlar hələ də bir-birilərinə nəvaziş göstərirdilər (Yr 26:8). Ər-arvadlara bir-birilərinə qarşı bu cür nəvaziş göstərməyə nə kömək edə bilər?

«Xoşbəxt nikah: Nəvaziş göstərin» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Ərlə arvadın münasibətinin soyumasına nə səbəb ola bilər?

  • Ər-arvadlar bir-birilərini sevdiklərini və qayğılarına qaldıqlarını necə hiss etdirə bilərlər? (Hv 20:35)

8. Yığıncağın tələbatları

(5 dəq.)

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 111 və dua