Nəğmə 87 və dua | Giriş sözlər (1 dəq.)
1. «Şər iş görənlərdən ötrü qanını qaraltma»
(10 dəq.)
Şər adamlar ucbatından ağrı və əzab çəkirik (Zb 36:1—4; w17.04 s. 10, abz. 4)
Şər iş görənlərə qarşı qəzəblənsək, özümüzə zərər vurmuş olarıq (Zb 37:1, 7, 8; w22.06 s. 10, abz. 10)
Yehovanın vədlərinə etibar etmək bizə qəlb rahatlığı verir (Zb 37:10, 11; w04 1/3 s. 26—27, abz. 20)
DÜŞÜNÜN: «Zorakı əməllərlə bağlı xəbərlərlə həddən çox maraqlanıram?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 36:6. Məzmurçu Yehovanın ədaləti «vüqarlı dağlar kimidir» deyəndə nəyi nəzərdə tuturdu? (it-2-E s. 445)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 37:1—26 (th dərs 10)
4. Söhbətə başlamaq
(3 dəq.) EV-EV TƏBLİĞ. (lmd dərs 1, bənd 5)
5. Təkrar söhbət
(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Əvvəllər imtina etmiş adama Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 9, bənd 4).
6. Nitq
(5 dəq.) ijwbv məqalə 45. Mövzu: Zəbur 37:4 ayəsinin mənası nədir? (th dərs 13)
Nəğmə 33
7. Dar günə hazırsınız?
(15 dəq.). Müzakirə.
Bütün dünyadakı bacı-qardaşlarımız istər təbii, istərsə də insanların törətdiyi fəlakətlər ucbatından əzizlərini itirdiklərinə görə kədərlənir və maddi cəhətdən ziyan görür (Zb 9:9, 10). Təəssüf ki, «dar gün» hər an gələ bilər, buna görə də biz bu kimi çətinliklərə hazır olmalıyıq.
Lazımi əşyaları toplamaqdan savayı a, fəlakət zamanı həyatımızı qorumağa bizə nə kömək edə bilər?
-
Mənəvi cəhətdən hazır olun. Təsəvvür edin ki, fəlakət baş verib, həmin vəziyyətdə nə edəcəyinizi qabaqcadan düşünün. Sahib olduğunuz əşyalara həddən artıq bağlanmayın. Belə etsəniz, ağıllı davranaraq fəlakət baş verəndə mal-mülkünüzü yox, özünüzün və başqalarının həyatını xilas etməyə çalışacaqsınız (Yr 19:16; Zb 36:9). Üstəlik, fəlakətdən sonra vəziyyətə real baxacaqsınız və bəlkə də, itirdiyiniz maddi şeylərə görə heyifsilənməyəcəksiniz (Zb 37:19).
-
Ruhani cəhətdən hazır olun. Yehovanın sizi qorumağa qadir olduğuna və bunu ürəkdən istədiyinə etibarınızı artırın (Zb 37:18). Fəlakət baş verməzdən əvvəl daima özünüzə xatırladın ki, Yehova xidmətçilərinə yol göstərəcək və dayaq olacaq, hətta ola bilsin, həmin vəziyyətdə hər şeyimizi itirək, bircə quru canımız qalsın (Ər 45:5; Zb 37:23, 24).
Yehovanın vədlərinə tam etibar etsək, dar gündə pənah yerimiz O olar (Zb 37:39).
«Fəlakətlərə hazırsınız?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
-
Fəlakət vaxtı Yehova bizə necə kömək edə bilər?
-
Fəlakətə hazır olmaq üçün hansı konkret addımları ata bilərik?
-
Fəlakətdən zərər çəkənlərə necə kömək edə bilərik?
_
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 9, abz. 8—16