MƏSİHİ HƏYATI
«Müqəddəs Kitab təlimləri» kitabından necə istifadə etməliyik?
«Təlimlər» kitabı sadə dildə yazılıb. Kitabın sonunda yerləşən «Əlavələr» bölməsində fəsillərdə rast gəlinən termin və ifadələr aydın şəkildə izah olunur. Hər fəslin sonunda mətndəki fikirlərin qısa icmalı gətirilir. «Təlimlər» kitabını hər vaxt paylamaq olar, hətta cari ayda paylanacaq nəşrlərin siyahısına daxil olmayanda belə. Bu kitabdan necə istifadə edə bilərik?
«ƏSAS FİKİRLƏR». Dərsi həmişəki kimi — hər abzası oxuyub sual verməklə keçə bilərik. Amma əgər şagird dili yaxşı başa düşmür və ya yaxşı oxuya bilmirsə, ona «Əsas fikirlər» bölməsini keçmək olar. Fəsli isə deyə bilərik ki, şagird özü evdə oxusun. «Əsas fikirlər» bölməsindəki hər bəndə 15 dəqiqə ayırmaq kifayət edər. Bu bölməyə fəsildəki bütün təfərrüatlar daxil olmadığı üçün müəllim yaxşıca hazırlaşmalı və bu zaman şagirdə lazım olan məlumatı müəyyən etməlidir. Əgər fəslin özü keçiriləcəksə, onda «Əsas fikirlər» bölməsini fəsli təkrarlamaq üçün istifadə etmək olar.
«ƏLAVƏLƏR». «Əlavələr» bölməsindəki termin və ifadələr kitabdakı ardıcıllıqla yazılıb. Müəllim «Əlavələr»dəki məlumatı dərs zamanı şagirdlə müzakirə edib-etməyəcəyinə özü qərar verir.