MƏSİHİ HƏYATI
Gənclər, «böyük fəaliyyət qapısı»ndan girməyə ləngiməyin!
Gənclər düşünə bilər ki, həmişə cavan qalacaqlar, qocalığın gətirdiyi «əziyyətli günlər»i görməyəcəklər (Vz 12:1). Bir gənc kimi, ruhani məqsədlərə, məsələn, tammüddətli xidmətə can atmaq üçün kifayət qədər vaxtının olduğunu dərk edirsən?
Hamının qabağına «vaxt və təsadüf» çıxır. Gənclər, siz də bundan sığortalanmamısınız (Vz 9:11). «Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz» (Yq 4:14). Ona görə də ruhani məqsədlərə nail olmağı səbəbsiz yerə ləngitməyin. Hələ ki «böyük fəaliyyət qapısı» sizin üçün açıqdır, bu qapıdan girin (1Kr 16:9). Verdiyiniz qərara görə heç vaxt peşman olmayacaqsınız!
Hansı məqsədləri qoya bilərsiniz?
-
Başqa dildə təbliğ etmək
-
Öncül olmaq
-
Teokratik məktəblər keçmək
-
Tikintidə xidmət etmək
-
Beyteldə xidmət etmək
-
Səyyar xidmətində olmaq