MƏSİHİ HƏYATI
«Əri.. şəhər darvazasında yaxşı tanınar»
Yaxşı arvad ərinə yaxşı təsir edir. Padşah Ləmuilin günlərində yaxşı qadının əri «şəhər darvazasında» yaxşı tanınırdı (Ms 31:23). Bu gün isə hörmət qazanmış kişilər ağsaqqal və yığıncaq xidmətçisi kimi xidmət edirlər. Əgər ailəlidirlərsə, onların bu məsuliyyətlərini yerinə yetirmələri, əsasən, arvadlarının nümunəvi davranışından və dəstəyindən asılıdır (1Tm 3:4, 11). Bu cür qadınlar təkcə ərləri üçün yox, bütün yığıncaq üçün qiymətlidirlər.
Yaxşı qadın növbəti üsullarla ərinə dayaq olur:
-
xoş sözləri ilə ona qol-qanad verir (Ms 31:26);
-
onun yığıncağa, ruhani işlərə vaxt ayırmasına etiraz etmir (1Sk 2:7, 8);
-
malpərəst deyil (1Tm 6:8);
-
yığıncağa aid məxfi şeyləri soruşmur (1Tm 2:11, 12; 1Bt 4:15).