Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 4, 5

Yehovaya ən yaxşısını verin

Yehovaya ən yaxşısını verin

5:5—7, 11

İsraildə kasıb olmaq Yehova ilə sülhdə olmaq üçün əngəl deyildi. Hətta ən kasıb israillilər də Yehovaya məqbul qurban gətirə bilərdi, bir şərtlə ki, əllərində olanın ən yaxşısını gətirsinlər. Onlar un təqdim edə bilərdilər, amma Yehova istəyirdi ki, bu un «narın» un olsun. Bu cür undan ən əziz qonaq üçün çörək bişirirdilər (Yr 18:6). Bu gün də vəziyyətdən irəli gələrək, nə qədər az olursa-olsun, əgər ən yaxşı mədh qurbanımızı təqdim ediriksə, Yehova onu qəbul edir (İb 13:15).

Səhhətinizdəki problemlərə, yaxud gücünüzün zəiflədiyinə görə əvvəlki qədər xidmət edə bilmirsinizsə, bu fikir sizi necə ruhlandırır?