Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Telefonla şahidlik

Xidmətdə püxtələşək. Telefonla şahidlik

NƏ ÜÇÜN VACİBDİR: Telefonla şahidlik «müjdə haqqında ətraflı şəhadət» vermək üçün vacib üsuldur (Hv 20:24) *. Bunun sayəsində biz vəziyyətdən irəli gələrək şəxsən baş çəkə bilmədiyimiz insanlara şahidlik edə bilirik.

NECƏ ETMƏLİ?

  • Hazırlaşın. Münasib mövzu seçin. Sonra demək istədiklərinizin planını yazın. Həmçinin səsli mesaj saxlamalı olacağınız hal üçün gəlişinizin məqsədini bildirən qısa mesaj hazırlaya bilərsiniz. Yaxşı olar ki, masa arxasında əyləşəsiniz və planı, lazım olacaq digər materialları, məsələn, «JW Library®» tətbiqini, yaxud jw.org® saytını qabaqcadan açıb əlinizin altında hazır saxlayasınız

  • Rahat olun. Təbii danışın. Ev sakini sizi görürmüş kimi gülümsəyin və jestlərlə danışın. Yersiz fasilələr etməyin. Başqaları ilə əməkdaşlıq etsəniz, daha rahat olar. Ev sakini sual verərsə, sualı ucadan təkrar edin ki, əməkdaşınız cavab tapmaqda sizə kömək edə bilsin

  • Təkrar söhbət üçün zəmin yaradın. Ev sakini maraq göstərirsə, növbəti zəng üçün açıq sual qoyun. Həmçinin hansısa nəşri, videonu və ya məqaləni e-maillə, yaxud başqa üsulla göndərməyi və ya şəxsən çatdırmağı təklif edə bilərsiniz. Yeri düşəndə vebsaytımızdakı başqa nəşrlər barədə ona məlumat verə bilərsiniz.

^ abz. 3 Əgər sizin ərazidə telefonla şahidlik etmək münasibdirsə, fərdi məlumatların məxfi saxlanılması haqqında qanunları nəzərə alın.