Qurban və təqdimələrin məqsədi
Qanun əhdində tələb olunan təqdimələr, qurbanlar Yehovaya xoş idi və İsanı, onun təqdim etdiyi fidyə qurbanlığını və bu qurbanlığın faydalarını təmsil edirdi (İb 8:3—5; 9:9; 10:5—10).
-
Qurban gətirilən bütün heyvanlar sağlam və qüsursuz olmalı idi. İsa Məsih də öz kamil, qüsursuz bədənini qurban gətirdi (1Bt 1:18, 19).
-
Yandırma qurbanları bütünlüklə Allaha təqdim olunmalı idi. İsa Məsih də özünü bütünlüklə Yehovaya təqdim etdi.
-
Ünsiyyət qurbanını düzgün təqdim edənlər Allahla sülhdə idilər. Ağanın şam yeməyində iştirak edən məsh olunmuşlar da Allahla sülhdədirlər.