Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Şər dünyanın sonuna qurtuluş kimi baxın

Şər dünyanın sonuna qurtuluş kimi baxın

Tezliklə Yehovanın səbri tükənəcək. Yalan dinlər məhv ediləcək, xalqlar birliyi Allahın xalqına hücum edəcək və Yehova şər insanları Armageddonda məhv edəcək. Məsihilər bu mühüm hadisələri səbirsizliklə gözləyirlər.

Sözsüz ki, biz böyük müsibətlə bağlı bütün xırdalıqları bilmirik. Məsələn, o nə vaxt başlayacaq? Siyasi qüvvələr nəyi səbəb gətirərək dinlərə hücum edəcək? Xalqların Allahın xalqına hücumu nə qədər sürəcək və bu hücum zamanı nələr olacaq? Yehova şər insanları Armageddonda necə məhv edəcək?

Buna baxmayaraq, Müqəddəs Kitabda gələcək hadisələr barədə kifayət qədər məlumat yazılıb. Bu məlumatın sayəsində biz qorxmuruq, gələcəyə inamla baxırıq. Məsələn, biz bilirik ki, axırzamanın sonunda yaşayırıq (2Tm 3:1). Dinlərə edilən hücum «qısaldılacaq» ki, həqiqi din də məhv edilməsin (Mt 24:22). Yehova xalqını xilas edəcək (2Bt 2:9). Həmçinin Yehovanın şər insanları məhv etmək və böyük izdihamı Armageddonda xilas etmək üçün seçdiyi şəxs adil və qüdrətlidir (Vh 19:11, 15, 16).

Gələcəkdə bu hadisələr baş verəndə insanlar qorxudan huşunu itirəcək. Amma biz Yehovanın keçmişdə xalqını necə xilas etdiyi barədə, gələcəklə bağlı yazdırdığı məlumatlar barədə indidən oxuyub düşünsək, o zaman qamətimizi düzəldib başımızı dikəldəcəyik. Çünki qurtuluşumuzun yaxın olduğuna əmin olacağıq (Lk 21:26, 28).