Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

İşi sonraya saxlamaq vərdişini tərgitmək mümkündür

İşi sonraya saxlamaq vərdişini tərgitmək mümkündür

Bəzi insanlar bu günün işini sabaha saxlamağa adət ediblər. Amma Yəhu belə davranmadı. Yehova ona Əhəbin nəslini məhv etməyi tapşıranda o, dərhal hərəkətə keçdi (2Pd 9:6, 7, 16). Bəzi insanlar deyirlər: «Bir-iki ilə vəftiz olunaram, hara tələsirəm», «Söz verirəm, tezliklə Müqəddəs Kitabı hər gün oxumağa başlayacağam», «Yaxşı iş tapan kimi öncüllüyə başlayacağam». Müqəddəs Kitab bizə kömək edə bilər ki, ibadətimizə aid işləri sonraya saxlamayaq.

Bu ayələr bizə işi sonraya saxlamaq vərdişini tərgitməyə necə kömək edə bilər?