MƏSİHİ HƏYATI
«Həmişə verin»
İsa Məsih bildirmişdi ki, səxavətdən səxavət doğur (Lk 6:38). Biz həmişə səxavətli olanda bacı-qardaşlar da bunu görüb səxavətli və xeyirxah olmağa çalışırlar.
Gülərüzlə vermək ibadətin bir hissəsidir. Məsihi darda olan dindaşlarına lütf edəndə, onlara əl tutanda bu, Yehovanın nəzərindən qaçmır. Yehova vəd edir ki, mütləq onu mükafatlandıracaq (Ms 19:17).
«SƏXAVƏTİNİZƏ GÖRƏ SİZƏ MİNNƏTDARIQ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Verdiyiniz ianələrlə dindaşlarımıza necə yardım edilir?
-
Qədərindən asılı olmayaraq, nəyə görə həmişə ianə etməliyik? (Həmçinin jw.org saytında «Bolluq əskikliyi doldurur» adlı məqaləyə baxın.)