23—29 dekabr
ZƏBUR 119:121—176
Nəğmə 31 və dua | Giriş sözlər (1 dəq.)
1. Peşmançılıq çəkməmək üçün nə etməliyik?
(10 dəq.)
Allahın əmrlərini sevin (Zb 119:127; w18.06 s. 17, abz. 5, 6)
Pis əməllərə nifrət edin (Zb 119:128; w93-E 15/4 s. 17, abz. 12)
Yehovanın sözünə qulaq asın və naşı adamın etdiyi səhvlərə yol verməyin (Zb 119:130, 133; Ms 22:3)
DÜŞÜNÜN: «Allahın əmrlərini sevmək və ya pis əməllərə nifrət etmək üçün konkret hansı sahələrin üzərində işləməliyəm?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 119:160. Bu ayəyə əsasən biz nəyə əmin olmalıyıq? (w23.01 s. 2, abz. 2)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 119:121—152 (th dərs 2)
4. Söhbətə başlamaq
(3 dəq.) EV-EV TƏBLİĞ. (lmd dərs 1, bənd 5)
5. Təkrar söhbət
(4 dəq.) EV-EV TƏBLİĞ. Həmsöhbətinə jw.org saytında ona maraqlı gələ biləcək məlumata dair necə axtarış apara biləcəyini göstər (lmd dərs 8, bənd 3).
6. Şagird hazırlamaq
(5 dəq.) İbadət görüşlərində müntəzəm iştirak etməyən şagirdlə müzakirə (lmd dərs 12, bənd 4).
Nəğmə 121
7. Yol verməyin ki, pul sevdası sizə hədər yerə əzab çəkdirsin
(15 dəq.). Müzakirə.
Pul sevdasına düşənlər «özlərinə çoxlu əzab» çəkdirirlər (1Tm 6:9, 10). Pulu sevsək və onu həyatımızın amalına çevirsək, bu bizə müəyyən əzablar çəkdirəcək. Aşağıda bu əzablardan bəziləri sadalanıb.
-
Yehova ilə yaxın münasibətimiz olmayacaq (Mt 6:24).
-
Gözümüz heç vaxt doymayacaq (Vz 5:10).
-
Yalan, oğurluq və xəyanət kimi pis əməllərdən uzaq dura bilməyəcəyik (Ms 28:20). Nəticədə, peşman olacağıq, pis ad qazanacağıq və Allahın gözündən düşəcəyik.
İbranilərə 13:5 ayəsini oxuyun. Sonra bu sualı müzakirə et:
-
Pula necə münasibət bəsləsək, sonradan peşman olmarıq və nəyə görə?
Hətta pulu sevməsək belə, ondan ağılla istifadə etməsək, ziyan görə bilərik.
«Pulu necə xərcləməli?» adlı QƏLƏM ANİMASİYASINI göstər. Sonra auditoriyadan soruş:
-
Nəyə görə büdcə tərtib etməliyik və bunu necə edə bilərik?
-
Kənara pul qoymaq nəyə görə yaxşı fikirdir?
-
Lazımsız yerə borca girməmək nəyə görə ağıllı hərəkətdir?
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 20, abz. 1—7 və bölmə 7