25 noyabr — 1 dekabr
ZƏBUR 109—112
Nəğmə 14 və dua | Giriş sözlər (1 dəq.)
1. İsa Məsihi, Padşahı dəstəkləyin!
(10 dəq.)
İsa göyə qalxandan sonra Yehovanın sağında əyləşdi (Zb 110:1; w06 1/9 s. 13, abz. 6)
1914-cü ildə İsa düşmənləri üzərində hakimiyyət sürməyə başladı (Zb 110:2; w00-E 1/4 s. 18, abz. 3)
Biz xidmətdə əlimizdən gələni etməklə İsa Məsihin rəhbərliyini dəstəkləmiş oluruq (Zb 110:3; be s. 76, abz. 2)
DÜŞÜNÜN: «Padşahlıq işini dəstəkləmək üçün qarşıma hansı məqsədləri qoya bilərəm?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 110:4. Bu ayədəki əhdi izah edin (w14 15/10 s. 11, abz. 15—17).
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 109:1—26 (th dərs 2)
4. Söhbətə başlamaq
(2 dəq.) EV-EV TƏBLİĞ. Buklet vasitəsilə söhbətə başla (lmd dərs 4, bənd 3).
5. Əqidəniz barədə danışın
(5 dəq.) Səhnəcik. ijwfq məqalə 23. Mövzu: Nəyə görə Yehovanın Şahidləri müharibələrdə iştirak etmir? (lmd dərs 4, bənd 4)
6. Şagird hazırlamaq
Nəğmə 72
7. Allahın Padşahlığını sədaqətlə dəstəklədiyimizi necə göstərə bilərik?
(15 dəq.). Müzakirə.
Yehovanın Padşahlığı sübut edir ki, Kainatın ali hakimi Odur (Dn 2:44, 45). Buna görə də Allahın Padşahlığını canla-başla dəstəkləməklə Yehovanın hakimiyyətinin ən yaxşı hakimiyyət olduğunu qəbul edirik.
«“Sülh əmiri”ni sədaqətlə dəstəkləyin» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
-
Allahın Padşahlığını sədaqətlə dəstəklədiyimiz nədən görünür?
Aşağıda Allahın Padşahlığını dəstəkləməyin üsulları gətirilir. Onların hər birinə aid bir ayə yazın.
-
Padşahlığı həyatımızda birinci yerə qoymaq.
-
Padşahlığın təbəələrinə verilən əxlaq qaydalarına riayət etmək.
-
İnsanlara Padşahlıq haqqında şövqlə təbliğ etmək.
-
İnsan qanunları Allahın qanunlarına zidd gedəndə insan hökumətlərinə hörmət etmək, lakin Allaha itaət etmək.
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 18, abz. 16—24