30 dekabr 2024 — 5 yanvar 2025
ZƏBUR 120—126
Nəğmə 144 və dua | Giriş sözlər (1 dəq.)
1. Göz yaşı ilə əkənlər sevinə-sevinə biçdilər
(10 dəq.)
İsraillilər pak ibadəti bərpa etmək üçün Babil əsarətindən azad olanda çox sevinmişdilər (Zb 126:1—3)
Ola bilsin, Yəhudiyyəyə qayıdanlar görüləsi çox iş olduğu üçün ağlamışdılar (Zb 126:5; w04 1/8 s. 25, abz. 10)
Xalq dözdü və əvəzində nemətlər aldı (Zb 126:6; w21.11 s. 24—25, abz. 17; w01 1/10 s. 15, abz. 13, 14; şəklə baxın)
DÜŞÜNÜN: Armageddondan sağ çıxandan sonra genişmiqyaslı yenidənqurma işləri zamanı biz hansı çətinliklərlə üzləşəcəyik? Bəs hansı nemətləri alacağıq?
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 123:2. Gözümüzü Yehovaya dikmək deyiləndə nə nəzərdə tutulur? (w18.07 s. 12, abz. 1, 2)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 124:1—126:6 (th dərs 5)
4. Söhbətə başlamaq
(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. (lmd dərs 3, bənd 5)
5. Təkrar söhbət
(4 dəq.) EV-EV TƏBLİĞ. Ötən söhbətinizdə ev sakini Müqəddəs Kitabla bağlı şübhələrini dilə gətirmişdi (lmd dərs 9, bənd 5).
6. Şagird hazırlamaq
Nəğmə 155
7. Allahın vədlərindən zövq alın
(15 dəq.) Müzakirə.
Yehova Babil əsarətində olan xalqına verdiyi vədləri yerinə yetirdi. Onları azad etdi və keçmişdə etdikləri günahları bağışladı (Əş 33:24). Yehova yol boyu xalqını və onların heyvanlarını həmin dövrdə sayı artmış şirlərin və digər vəhşi heyvanların hücumundan qorudu (Əş 65:25). Onlar öz evlərində yaşamaqdan və öz üzüm bağlarının barını yeməkdən həzz alırdılar (Əş 65:21). Allah onların əlinin zəhmətinə bərəkət vermişdi və onlar uzun ömür sürmüşdülər (Əş 65:22, 23).
«Allahın sülhlə bağlı vədləri sevinc gətirir. Fraqment» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
-
Bu peyğəmbərliklər bu gün ruhani mənada necə yerinə yetir?
-
Bu peyğəmbərliklər yeni dünyada hərfi mənada necə yerinə yetəcək?
-
Xüsusilə hansı peyğəmbərliklərin yerinə yetməsini gözləyirsiniz?
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 20, abz. 8—12, s. 161, çər.