4—10 noyabr
ZƏBUR 105
Nəğmə 3 və dua | Giriş sözlər (1 dəq.)
1. «O, əhdini əbədiyyət boyu... xatırlar»
(10 dəq.)
Yehova İbrahimə vəd verir və həmin vədi İshaqla Yaquba da bildirir (Yr 15:18; 26:3; 28:13; Zb 105:8—11)
Bu vədin gerçəkləşməsi mümkünsüz görünə bilərdi (Zb 105:12, 13; w23.04 s. 28, abz. 11, 12)
Yehova İbrahimlə bağladığı əhdi heç vaxt unutmadı (Zb 105:42—44; it-2-E s. 1201, abz. 2)
DÜŞÜNÜN: «Yehovanın etibarlı Allah olduğunu bilməyin mənə hansı köməyi dəyə bilər?»
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 105:19. «Yehovanın sözü» Yusifi necə saflaşdırdı? (w16.08 s. 23, abz. 13)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 105:24—45 (th dərs 5)
4. Söhbətə başlamaq
(1 dəq.) EV-EV TƏBLİĞ. Ev sakini məşğuldur (lmd dərs 2, bənd 5).
5. Söhbətə başlamaq
(2 dəq.) EV-EV TƏBLİĞ. İnsan mübahisə etməyə başlayanda söhbəti nəzakətli şəkildə yekunlaşdır (lmd dərs 4, bənd 5).
6. Təkrar söhbət
(4 dəq.) EV-EV TƏBLİĞ. İnsana əvvəlki söhbətdə maraqlı gələn mövzuya aid jurnal təklif et (lmd dərs 8, bənd 3).
7. Təkrar söhbət
(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. İnsana «JW Library®» tətbiqindən bəhs et və tətbiqi yükləməyə kömək et (lmd dərs 9, bənd 5).
Nəğmə 84
8. Yehovanın Oğlunu sevdiyinizi əməldə göstərin
(15 dəq.). Müzakirə.
Biz vaxtımızı, gücümüzü və maddi vəsaitlərimizi Padşahlığın işini dəstəkləməyə sərf etməklə Yehovanın Padşah təyin etdiyi İsa Məsihə sevgimizi göstərmiş oluruq. Sevgimizi bu cür təzahür etdirmək Yehovaya xoş gedir və bacı-qardaşlarımıza fayda gətirir (Yh 14:23). jw.org saytındakı «İanələriniz hara xərclənir?» adlı silsilə məqalələr ianələrimizin bütün dünyadakı bacı-qardaşlara böyük dəstək olduğunu göstərir.
«İanələriniz sayəsində nələr həyata keçirilir?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
-
Dindaşlarımızın dini azadlığını müdafiə etmək üçün ianələrdən necə istifadə olunur?
-
2 Korinflilərə 8:14 ayəsindəki prinsip ibadət evlərinin tikintisində ianələrdən istifadə edərkən qardaşlara necə yol göstərir?
-
İanə edilən vəsaitlər Müqəddəs Kitabın bir çox dillərə tərcümə olunmasına necə töhfə verir?
9. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 17, abz. 13—19