«Məbada ürəyin o qadının yollarına meyil salsın»
Yehovanın qanunları insanı müdafiə edir. Bu qanunların bizə fayda gətirməsini istəyiriksə, onları ürəyimizə həkk etməliyik (Ms 7:3). Yehovanın xidmətçinin ürəyi yanlış səmtə meyil salanda o, Şeytanın fəndləri və hiyləli hücumları qarşısında müdafiəsiz olur. «Məsəllər» kitabının 7-ci fəslində yolunu azan bir gənc haqqında söhbət açılır. Onun səhvlərindən hansı dərsi götürə bilərik?
-
Şeytan beş hissiyyat orqanından istifadə edərək bizi Yehovanın yolundan azdırıb günaha batırmaq istəyir
-
Hikmət və dərrakə bizə günahın acı nəticələrini qabaqcadan görməyə və ruhaniliyimiz üçün təhlükə yaradan şeylərdən uzaq durmağa kömək edəcək