Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏSƏLLƏR 1—6

«Bütün qəlbinlə Yehovaya etibar et»

«Bütün qəlbinlə Yehovaya etibar et»

Yehova etibarlı Allahdır. Onun adının mənası bizi əmin edir ki, O, bütün vədlərini həyata keçirməyə qadirdir. Yehovaya etibarımızı möhkəmləndirməkdə duanın rolu əvəzsizdir. «Məsəllər» kitabının 3-cü fəsli bizi əmin edir ki, Yehova yolumuzu rəvan edib etibarımızı doğruldacaq.

Öz gözündə ağıllı olan adam...

3:5—7

  • öz ağlı ilə qərar verir, Yehovadan məsləhət istəmir

  • öz ağlına güvənir və ya dünyəvi fikirlərə arxalanır

Yehovaya etibar edən adam...

  • Müqəddəs Kitabı oxumaqla, oxuduqlarının üzərində düşünməklə və dua etməklə Onunla münasibətlərini möhkəmləndirir

  • qərar verməzdən əvvəl Müqəddəs Kitab prinsiplərini araşdıraraq Allahın köməyini axtarır

MƏN NECƏ QƏRAR VERİRƏM?

ƏVVƏLCƏ: Öz gözümdə düzgün olan qərarı verirəm

ƏVVƏLCƏ: Dua etməklə və şəxsi mütaliə keçirməklə Yehovadan məsləhət istəyirəm

SONRA: Yehovadan qərarıma xeyir-dua verməsini istəyirəm

SONRA: Müqəddəs Kitab prinsiplərini rəhbər tutaraq qərar verirəm