Kontentə keç

Mündəricatı göstər

Nümunə üçün təqdimələr

Nümunə üçün təqdimələr

«OYANIN!»

Sual: Kimisi İsa adlı peyğəmbərin olduğuna şübhə edir, kimisi isə bu peyğəmbərə sidqi-ürəkdən inanır. Bir başqaları isə deyir ki, buna tam əmin olmaq mümkün deyil. Bəs siz necə fikirləşirsiniz?

Nəşr: «Oyanın!» jurnalının bu sayında İsa peyğəmbərin mövcudluğu ilə bağlı dəlillər gətirilir.

MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ TƏBLİĞ ET

Sual: Öləndən sonra insan hansı vəziyyətdə olur?

Ayə: Yh 11:11—14

Həqiqət: İnsan öləndə ömrü sona yetir. Buna görə də ölümdən sonranı fikirləşib qorxmaq lazım deyil. İsa Məsih ölümü yuxuya bənzətmişdi. O, İlazər kimi, bizim vəfat etmiş yaxınlarımızı da ölüm yuxusundan oyadacaq (Əy 14:14).

İBADƏT GÖRÜŞÜNƏ DƏVƏT (inv)

Nəşr: Sizi Müqəddəs Kitaba əsaslanan məruzəni dinləməyə dəvət etmək istəyirəm. Məruzə bizim ibadət evində söyləniləcək. Bizim görüşlərdə pul yığılmır. [İbadət görüşünə dəvətnaməni ver, həftəsonu keçiriləcək görüşün vaxtını, yerini və məruzənin mövzusunu söylə.]

Sual: Siz nə vaxtsa bizim ibadət evində olmusunuz? [Əgər münasibdirsə, «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstər.]

ÖZ TƏQDİMƏNİ HAZIRLA

Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.