«Sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək»
Məsh olunmuş məsihilər insanlara «Allahın əzəmətli işləri haqqında» danışır və Padşahlıq haqqındakı müjdəni dünyaya yayırlar (Hv 2:11, 17—21; Mt 24:14). Bununla onlar, sanki peyğəmbərlik edirlər. Yer üzündə əbədi yaşamaq ümidinə malik olan məsihilər təbliğ etməklə bu işdə onları dəstəkləyirlər.
«Yehovanın adını çağırmaq» nə deməkdir?
-
Bu adı bilmək
-
Bu ada hörmət etmək
-
Bu adı daşıyana bel bağlamaq, etibar etmək
Özünüzdən soruşun: «Məsh olunmuş məsihiləri peyğəmbərlik işində necə dəstəkləyə bilərəm?»