ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
Məhəbbət — həqiqi məsihiləri səciyyələndirən xüsusiyyət. Öz xeyrinizi güdməyin, tez özünüzdən çıxmayın
NƏ ÜÇÜN VACİBDİR? İsa demişdi ki, onun davamçıları məhəbbətdən tanınacaq (Yh 13:34, 35). Məsih kimi məhəbbət göstərmək üçün gərək başqalarının xeyrini düşünək və tez özümüzdən çıxmayaq (1Kr 13:5).
NECƏ ETMƏLİ?
-
Kimsə sözləri və ya hərəkəti ilə xətrinizə dəyəndə dayanıb düşünün, problemin səbəbini və etmək istədiyiniz hərəkətin nəticəsini fikirləşin (Ms 19:11)
-
Unutmayın ki, hamımız qeyri-kamilik və bəzən sonradan peşmançılığını çəkdiyimiz sözlər deyir, hərəkətlər edirik
-
Anlaşılmazlığı dərhal həll edin
«ARANIZDA MƏHƏBBƏT OLSUN. ÖZ XEYRİNİZİ GÜDMƏYİN, TEZ ÖZÜNÜZDƏN ÇIXMAYIN» ADLI VIDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Lari Tomun təklifinə necə münasibət göstərdi?
-
Toma özündən çıxmamağa nə kömək etdi?
-
Tomun mülayim cavab verməsi hansı faydanı gətirdi?