Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Gənclər, Yehova sizin ən yaxın Dostunuzdur?

Gənclər, Yehova sizin ən yaxın Dostunuzdur?

Sizcə, dostda hansı xüsusiyyətlər olmalıdır? Yəqin ki sədaqət, xeyirxahlıq və səxavət kimi xüsusiyyətlərə üstünlük verirsiniz. Yehovada bu xüsusiyyətlərin hamısı var (Çx 34:6; Hv 14:17). Siz dua edəndə O qulaq asır. Dara düşəndə kömək edir (Zb 18:19, 35). Səhvlərinizi bağışlayır (1Yh 1:9). Yehova çox gözəl Dostdur!

Bəs siz Yehova ilə necə dost ola bilərsiniz? Kəlamını oxuyub, Onun haqqında öyrənin. Ən məhrəm hisslərinizi Onunla bölüşün (Zb 62:8; 142:2). Əməllərinizlə göstərin ki, Yehova üçün dəyərli, önəmli olan hər bir şey, yəni Onun Oğlu, Padşahlığı və gələcəklə bağlı vədləri sizin üçün də dəyərlidir. Onun haqqında başqalarına danışın (Qn 32:3). Əgər siz Yehovaya sözün əsl mənasında dost olsanız, O, əbədiyyən sizin Dostunuz olacaq! (Zb 73:25, 26, 28).

«GƏNCLƏR, “DADIN, GÖRÜN NECƏ GÖZƏLDİR YEHOVA”» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Vəftiz olunmağa necə hazırlaşa bilərsiniz?

  • Bacı-qardaşlar Yehovaya xidmət etməyə sizə necə kömək edə bilər?

  • Xidmət sizin Yehova ilə münasibətlərinizi necə möhkəmləndirə bilər?

  • Yehova ilə əbədiyyən dost ola bilərsiniz!

    Qarşınızda xidmət üçün hansı imkanlar var?

  • Yehovanın hansı xüsusiyyətlərini sevirsiniz?